Ginekoloji xəstəliklərin müasir müalicəsi
Mama ginekoloq Dr. Naza Qurbanova
Göstərdiyimiz ginekoloji xidmətlər
Mama ginekoloq
Dr. Naza Qurbanova
Ginekoloq Dr. Naza Qurbanova 2004-2008-ci illər arasında Rusiyanın Sankt-Peterburq şəhərində Diplomdan Sonrakı Tibb Təhsilli Akademiyasının Qadın Reproduktiv Sağlamlığı Kafedrasında Mamalıq və Ginekologiya ixtisası üzrə ixtisaslaşma keçmişdir. Həmin dövrlərdə endokrin ginekologiya, ultrasəs müayinəsi, histeroskopiya, kolposkopiya kurslarında da iştirak etmişdir. Bir çox beynəlxalq dərnək və qurumların üzvü olan Naza Qurbanova Azərbaycanda Kolposkopiya müayinəsini əsaslı olaraq ilk icra edən həkimlərdən biridir. Bununla yanaşı Azərbaycanda son 11 il ərzində aşağı genital sistemin (uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət üzvü) xəstəliklərinin (həmçinin orqansaxlayıcı) müalicəsində CO2 lazeri ilk tətbiq edən həkimlərdəndir. Əlavə olaraq, stress sidik qaçırmanın, vagina daraltmanın, vaginal quruluğun, intim ağarmann cərrahiyyəsiz Femilift Alma Lazerlə müalicəsi də həkim tərəfindən tətbiq olunmaqdadır.
İstifadə etdiyimiz cihazlar
CO2 Lazer DEKA smartixde MS (İtaliya)
Femilift Lazer
Leisegang-3MV (Almaniya)
Mama ginekoloq Dr. Naza Qurbanova tərəfindən ən çox verilən suallara cavablar
Mirena spralı bildiyimiz kimi hormonal (levonorgestrel) spiraldır, bu uşaqlıq daxili vasitə uşaqlığın miomasını müalicə etmir. Ancaq mioma zamanı yaranan uşaqlıq qanaxmalarının miqdarını azaltmaq məqsədi ilə Mirena spiralından istifadə edilir.
Uşaqlıq boşlugunun böyük ölcülü,çox saylı,ölçüsündən asılı olmayaraq qanaxma verən poliplərini götürmək lazımdır. Ölçüsü 10 mm-dən aşağı olan polipləri isə dinamik nəzarətdə saxlaya bilərik. Hətta belə kiçik ölçülü poliplərlə hamilə qalmaq belə mümkündür.
Uşaqlıq bouynunda qızartı gördükdə bunu eroziya kimi qiymətləndirib müalicə etmək ən böyük yanlışımızdır, çünki bu qızartıların əksəriyyəti uşaqlıq boynunun başqa normal və anormal vəziyyətinə bağlı olur. Uşaqlıq boynunda ən çox psevdoeroziyayaya (Endoservikal ektopiya-servikal kanalda olan qırmızı rəngli silindirik hüceyrələrin uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsinə yer dəyişməsidir) rast gəlirik, bu normal vəziyyətdir, müalicə tələb etmir, hamiləliyə mane olmur. Həqiqi eroziya isə toxuma defektidir, hamilliyə ciddi maneə yaratmasa da, müalicəsi məsləhət görülür.
Yəhərvari uşaqlığı ultrasəs müayinəsində görmək mümkündür, ancaq bu diaqnozu dəqiqləşdirmək üçün Histerosalpingoqrafiya (roentgen altinda uşaqlıq boşluğuna kontrast maddə yeridərək müayinə aparılır) müayinəsinə ehtiyac olur. Yəhərvari uşaqlıq sonsuzluq yaratmır, lakin hamiləliyin ikinci yarısında düşüyə və vaxtından qabaq doğuşa səbəb ola bilir. Buna səbəb uşaqlıq boşluğunun həcminin kiçilməsidir. Təkrarlayan düşüklər olarsa, pasiyentə əməliyyat təklif edilə bilər.
Hər bir qadının aylıq sikli özünə uyğun olaraq dəyişir. Normalda 28 gündən bir aylıq menstrual sikl baş verir, ancaq 21-35 gün aralığı requlyar sikl normal hesab edilir. Menstruasiyanın davam etmə müddəti isə 2-7 gün intervalı normal hesab edilir.
Uşaqlığın miomasının bildiyimiz kimi üç forması var, Uşaqlığın əzələ qatinin içində olan intramural, uşaqlıq boşluğuna tərəf inkişaf edən submukoz, uşaqlığın xaricinə doğru inkişaf edən subserroz forma. Miomaların yerləşməsindən və formasından asılı olmayaraq uşaqlığı saxlamaq mümkündür. Sadəcə xəstənin yaşını, anamnezini nəzərə alaraq uşaqlığın saxlanılmasına və ya götürülməsinə qərar vermək lazımdır.
Nəzərə alsaq ki qızlıq zarının forması anadan gəlmə olaraq müxtəlif formada və elastiklikdə olur, bu baxımdanda ilk cinsi həyatdan sonra 25% qadınlarda qan olmaya bilər. Bu tam normal vəziyyətdir.