Femilift Lazer
Son illər estetik və kosmetik ginekologiya dünyada çox sürətlə inikşaf etməkdədir.Buna səbəb təbii ki qadınların bu sahəyə olan təlabatının artmasıdır.Bu əməliyyatların icrasında Femilift lazer və digər CO2 lazer texnolagiyalarının tətbiqi son illər geniş yayılmaqdadır.
Femilift Lazer nədir?
Femilift üçüncü nəsil fraksional karbon dioksid(CO2) lazer texnologiyasıdır.Qadınlarda stres sidik qaçırma və vaginal toxumanın sıxlaşdırması((uşaqlıq yolu daraltma) kimi halların müalicəsində istifadə olunur.Bəzi kliniki araşdırmalara görə cinsi həzzi və orqazm hisslərinin artmasınada müsbət təsir edir.Təsir mexanizmi toxumalarda yaratdığı termal enerji (istilik) sayəsində kollagen sintezini artırır və bağ toxumasının elastikliyini bərpa edir.Femiloft lazer cərrahi üsul olmadığı üçün,bu zaman əməliyyat ağırlaşmalarıda olmur.
Femiliftin lazerin İstifadə qaydası:
Prosedur ambulator şəraitdə pasient ginekoloji masada uzanıqlı vəziyyətdə aparılır.Vaginal ultrasəs probuna oxşar ucluq(bir dəfəlik istifadə üstlüyü olur) uşaqlıq yoluna daxil edilir və 15-20dəq ərzində icra olunur.İşləmdən sonra yataq rejimi təyin edimir,xüsusi qulluğa ehtiyac olmur,pasient həmin günü normal həyatına davam edə bilir.
Femilif Lazer nə zaman istifadə edilir?
- vagina daraltma,vagina cavanlaşdırma,
- Stres sidik qaçırtma (asqırdıqda,öskürdükdə,gücənmə zamanı,ağırlıq qaldıran)
- Qadın və kişidə cinsi əlaqə zamanı cinsi həzzin azalması
- Menopauzaya bağlı atrofiya
- Vaginal quruluq
- Vulvar vestibulit sindrom
- Ağrılı cinsi əlaqə
- Residivləşən vaginal infeksiyalarda
- Xarici cinsiyyət üzvü dərisinin rənginin açılması(ağardılması)
- Xarici cinsiyyət üzvündə olan dəri qırışların aradan götürülməsi
- Labioplastika
- Servikal konizasiya
- Kondiloma və mollescum kontigiozisin götürülməsi
Pelvik orqan prolapsında (POP)Femilift karbon dioksid lazerin tətbiqi
Yaşın artması,doğuş sonrası, tütün istifadəsi,qeyri düzgün qidalanma və s. kiçik çanaq orqanlarının əzələ və dəstəkləyici toxumalarının zəifləməsinə səbəb olur.Bundan başqa anadan gəlmə bağ toxumasında zəifliyi də ola bilər.Qeyd olunan səbəblərdən POP (kiçik çanaq orqanlarının sallanması)arta bilər.Bu zaman uşaqlıq,uşaqlıq yolu,sidik kisəsi,düz bağırsaq toxumalarında relaksasiya yaranır.Bunun nəticəsi olaraq uşaqlıq yolunda genişlik hissi, sidik qaçırma ,cinsi əlaqə zamanı hissin azalması ,çanaq ağrıları kimi şikayətləri meydana çıxır.Bununla yanaşı estetik olaraq da görüntü pozulur ,bu da qadınlarda əlavə psixoloji narahatçılığa səbəb olur.Menopauza dövründə estrogen hormonunun azalmasıda kiçik çanaq toxuması nın zəifləməsinə səbəb olur,bu baxımdan bu yaş qrupu qadınların çoxunda sidik saxlamama,atrofiya,quruluğa bağlı olaraq ağrılı cinsi əlaqə müşahidə olunur.Bütün bu vəziyyətlər təbii ki, qadınların həyat keyfiyyətini aşağı salır. Cinsi əlaqə zamanı sidik qaçırma və ya sidik qaçırma qorxusunun olması əlaqə zamanı konsentrasiyanı pozaraq cinsi istəksizlik və orqazm problemlərinə yol açır. Sidik qaçırma yalnız POP zaman deyil,sidik kisəsini dəsətəkləyən toxumların zəifliyi nəticəsində də yarana bilər.Femilift lazerlə yüngül POP olan və ya POP olmayan, ancaq stres sidik qaçırma problemi olan xəstələrdə istifadə edilir.Orta və ağır dərəcəli POP zamanı isə əməliyyat və torla dəstəkləmə məsləhət görülür.
Femiliftin Lazerin effekti nə zaman yaranır?
Effekt işləmdən təxmini 3-4 həftə sonra yaranır.Bu vagina daraltma prosedurundan sonra həm qadın,həm kişi tərəfindən artıq cinsi əlaqə zamanı hiss edilir.Stres sidik qaçırtma effekti təxmini 3 həftə sonra yaranır,təkrar işləm 4 həftə sonra aparılır ,II ci işləmdən sonra effekt daha çox artır.
Femiliftin Lazerin əlavə təsiri varmı?
Femilift lazer ağrısız,ziyansız bir üsuldur.Prosedur zaman uşaqlıq yolunda sadəcə yüngül istilik hiss edilir.İlk günlər az miqdarda çəhrayı rəngli axıntılar ola bilər(1-2 həftə).Çox nadir hallarda həmin gün halsılıq,bədən hərarətinin qalxması,titrətmə və s. ola bilər Femilift sonrası cinsi əlaqəyə qadağa 5- 7 gündür,cərrahi yolla isə 6 həftə,bu baxımdan Femilift lazerlə vaginal toxumanın sıxlaşdırılması daha üstündür.
Femilift lazer kimlərə daha uyğundur.
- Doğuşu olmayan amma vaginal genişlik hissi olanda.Bura partnyorun penisinin normadan kiçik olmasıda aiddir.
- Keysəriyyə yolu ilə doğuş edən ,amma vaginal genişlik hissi olanda
- Normal doğuş olan və ya olmayan amma yüngül POP şikayətləri varsa
- POP yoxdur ancaq stres sidik qaçırma problemi varsa
- Yüngül vaginal genişlik hissi var amma əməliyyat istəyi olmazsa
- Cərrahi vaginoplastikadan sonra genişlik hissi olarsa
Femilift Lazer kimlərə məsləhət deyil!
- Vaginal genişlik çoxdursa(doğuş sayı çoxdursa)
- Bağ toxuması çox zəif olanlar
- Vaginal əzələlərdə aralanma varsa
- Fasiyada qüsur varsa
- POP olanlar (orta və ağır)
Bu xəstələtin cərrahi yolla əməliyyat olmalıdırlar,ehtiyac olduğunda tor taxılmalıdır.
Femilift Lazer kimlərə olmaz!
- Uşaqlıq boynu və uşaqlığın bəd xassəli şişləri və ya şişönü vəziyyətləri
- Aktiv HPV(insan papilomavirusu),HSV(herpes virusu)
- Hamiləlik dövrü (ən azı doğuşdan 3 ay sonra olar)
- Lazer işığına qarşı həssas olan qadınlar
- Menstruasiya dövrü
- Femilift lazer və digər CO2 lazerlə aparılan müalicələr, qadının bir çox ginekoloji problemini aradan götürməyə imkanı verir və həyat keyfiyyətini artırır. Femilift Lazer-əməliyyatsız ,cərrahi və anestezioloji ağırlaşmaları olmadan edilən sadə tibbi işləm hesab edilir!!
- Femilift lazer işləmindən öncə xəstə ginekoloqun müayinəsində olmalı ,İnfeksiyalar,bəd xassəli şişlər inkar edilməli,son 1 il ərzində Pap-smear analizinin nəticəsi normal olmalıdır!