Hepatit B və hamiləlik

Hepatit B nedir

Hepatit B virusu nədir?

Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:

  • Qanda
  • Tüpürcəkdə
  • Tərdə
  • Göz yaşı mayesində
  • Ana südündə
  • Spermada
  • Ötürmə yolları
  • Anadan  uşağa (antenatal,intranatal,postnatal)
  • Cinsi yolla
  • İnfeksiyalı qanın və ya qan preparatlarının transfuziyası zamanı
  • Steril olmayan iynə və şprislərdən istifadə,iynə sancılması zamanı və tatuaj etdikdə.

Qadınların əksəriyyətində virusa hamiləlikdən əvvəl yoluxur. Hamiləlik dövründə hepatit B virusunun anadan dölə yoluxması baş verir:

  •  10% hallarda-ana hamiləliyin I trimestrində yoluxubsa
  •  80-90% hallarda-ana hamiləliyin III trimestrində yoluxubsa.

Hepatit B nin elametleri

Hepatit B xəstəliyinin klinik mənzərəsi

Hepatit B virusu kəskin və xroniki infeksiya yaradır. Virusla ilk kontakt kəskin hepatit B-nin inkişafı ilə nəticələnir. Kəskin hepatit B virus infeksiyası müalicə tələb etmir və böyüklərin 90-95%-də spontan sağalma ilə nəticələnir. Kəskin infeksiyadan sonra immun sistemi hepatit B virusunu tam eliminasiya edə bilmirsə, bu halda 6 ay ərzində xronik hepatit B infeksiyası yaranır. İltihab və nekroz nəticəsində qaraciyərin hepatositləri fibroz toxuma ilə əvəz olunur. Fibroz kompensə olunmuş qaraciyər sirrozu ilə nəticələnir. Dekompensasiya zamanı olan klinik əlamətlər: sarılıq, anoreksiya, halsızlıq, ürəkbulanma və qarında ağrı. Terminal mərhələdə aşağıdakılar müşahidə oluna bilər: assit, qida borusu venaların varikoz genişlənməsi, qaraciyər çatışmazlığı, hepatosellyuryar karsinoma.

Hepatit B virusunun hamiləliyin gedişatına və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Qaraciyərin sirrozu və qaraciyərdə aktiv proseslər qeyd olunmayan xroniki hepatit B-li qadınlara hamiləlik əks göstəriş deyil. Hepatit B teratogen infeksiya deyil. Keçirilmiş hepatit B nəticəsində HbsAg daşıyıcılarında aşağıdakıların başvermə təhlükəsi yüksəkdir:

  • Düşüı qorxusu
  • Vaxtından əvvəl doğuş
  • Dölyanı mayenin vaxtındam əvvəl axması
  • Doğuş zəifliyi
  • Hamiləlik və doğuş zamanı qanaxma təhlükəsi
  • Dölün hipotrofiyası
  • Asfiksiya
  • Perinatal ölüm.

Hamiləliyin II yarısında hepatit B virusu kəskin qaraciyər çatışmazlığı, ensefalopatiya və koma ilə ağırlaşa bilər. Hamiləliyin III trimestrində sarılıq və intoksukasiyanın artması, əksər hallarda dölün bətndaxili ölümünə və vaxtında əvvəl doğuşa gətirib çıxarır. Bu isə öz növbəsində ananın qaraciyərinin massiv nekrozu və qadının ölümünə gətirib çıxarır.

Hepatit B xəstəliyi necə aşkar edilir?

Hepatit B nece mualice olunur

HbsAg-kəskin Hepatit B virus infeksiyası zamanı qanda meydana çıxan ilk göstəricidir. HbsAg-nin 6 aydan artıq dövr etməsi hepatit B-nin xroniki olmasını göstərir. Hepatit B virusu DNT infeksiyalaşmadan 6 ay sonra qanda aşkar edilir və virusun replikasiya prosesinin aktivliyini göstərir. Həmçinin xronik infeksiya zamanı əlavə olaraq qaraciyər sınaqları təyin olunur: bu zaman aminotransferazaların səviyyəsinin müəyyən qədər yüksəlməsi qeyd olunur. Digər qaraciyər fermentlərinin səviyyəsi norma daxilində olur. Yalnız qaraciyərin zədələnməsinin ağır gecikmiş mərhələsində qaraciyər fermentləri və sınaqları nəzəzrə çarpacaq səviyyədə dəyişilmiş olur.

Rutin skrininq

Bütün hamilələrə ilk antenatal gəlişində səthi HbsAg-yə rutin skrininqin aparılması tövsiyə olunur. Hamilələrin qadın məsləhətxanasına ilk müraciətində, həmçinin 34-36-cı həftəsində qanın plazmasında ekspress testlərlə HbsAg təyin olunmalıdır. Testlərin müsbət nəticəsi zamanı müvafiq olaraq HbeAg-nin ekspress-testi aparılır.

Hepatit B-nin müalicəsi

HbsAg-müsbət  qadınların həkim-infeksionistin qəbuluna göndərilməsi tövsiyə olunur. Kəskin hepatit B-nin xüsusi müalicəsi mövcud deyil, qadına yalnız köməkçi tədbirlər təklif olunur. Yüngül və sarılıqla müşayiət olunan orta ağırlıqlı kəskin hepatitli hamilənin III səviyyəli stasionarda müalicəvi-qoruyucu rejimdə aparılması tövsüyə olunur. Müalicə infeksionistlə birlikdə təyin olunur.

Profilaktika

Hepatit B vaksini

Travmatizasiya təhlükəsi olduğundan hamilə və yenidoğulmuşda hər hansı bir invaziv manipulyasiyadan qaçmaq tövsiyə olunur. Anada hepatit B virusu olduqda, doğuşdan sonra 12 saat ərzində yenidoğulmuşa 200IU/əzələdaxili immunoqlobulin və hepatit B əleyhinə vaksinin istifadəsi ilə kombinə olumuş immunoprofilaktikanın aparılması zəruridir. Bu vertikal transmissiyanı 90% azaldır.

HbsAg statusu məlum olmayan andan olmuş yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində hepatit B əleyhinə vaksin vurulmalıdır. HbsAg statusu müsbət olan qadınların körpələrinə doğuşdan sonra 7 gün ərzində (bundan gec olmayaraq) hepatit əleyhinə immunoqlobulin vurulmalıdır.

Döşlə əmizdirməyə əks göstəriş yoxdur. Xroniki hepatit B-si olan qadınların immunoqlobulin ilə passiv və vaksin ilə aktiv profilaktika almış körpələrinə ana südü ilə qidalanmaq əks göstəriş deyil. Hamilədə hepatit B virusunun olması keysəriyyə əməliyyatına göstəriş deyil.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.