Ginekoloji infeksiyalar haqqında məlumat
Bakterial vaginoz nədir?
Bu zaman uşaqlıq yolunun normal mikroflorası məhv olur, uşaqlıq yolunda yaranmış qələvi mühit fonunda açar hüceyrələr aktivləşir və spesifik balıq qoxulu yerlıi iltihabı proses əmələ gəlir – buna bakterial vaginoz deyilir. Bakterial vaginozun yaranma səbəbləri aşağıdakılardır:
- Tez -tez uşaqlıq yolunu yumaq
- Hamiləlik əleyinə vasitələrin istifadəsi (şam,kondom)
- Cinsi portnyorun tez-tez dəyişdirilməsi
- Geniş spektrli uzunmüddətli antibiotiklərin istifadəsi
- Ümumi və yerli immun sistemin azalması
- İmmunodefisit vəziyyət
Bakterial vaginoz hansı əlamətlərlə özünü büruzə verir?
Uşaqlıq youndan sulu ağ bozumtul balıq iyi verən ifrazat, bəzən qaşnma və göynəmə. Kişilərdə qardnerella olduqda simptomları az və ya şikayətləri ümumiyyətcə olmur, bəzən müalicəsiz özlüyündən keçib gedə bilir. Bəzi hallarda cinsiyyət üzvündə qızartı iyli ifrazatın gəlməsi ilə özünü birüzə verə bilir. Diaqnoz PZR və yaxmanın mikroskopiyası
Mikoplazma və ureaplazma
Mikoplazma və ureaplazma insanda müxtəlif iltihab xəstəliklərini yarada bilən bakteriyalardır. Bu bakteriyaların bütövlükdə 17 növü var. Lakin 5 növü insan üçün daha təhlükəlidir:
- Mycoplasma pneumoniae (ağciyərin iltihabına səbəb olur)
- Mycoplasma hominis
- Mycoplasma genitalium
- Ureaplasma urealyticum
- Ureaplasma parvum.
Mikoplazmaya və ya ureaplazmaya cinsi kontakt zamanı yoluxmaq olar. Həmçinin infeksiya hamiləlik dövründə anadan gələcək uşağa da yoluxa bilər.
İltihabın olub-olmadığını müəyyən etməyin ən sadə yolu floraya görə yaxma verməkdir. Leykositlərin miqdarının normadan artıq olması iltihaba işarə edir.
Mikoplazma və ureaplazmanın ilk simptomları yoluxmadan 2-3 həftə sonra artıq özünü büruzə verməyə başlaya bilər. Bəzi qadınlarda xəstəlik uzun müddət simptomsuz davam edə və xroniki formaya keçə bilir.
Mikoplazma xəstəliyinin simptomları:
- Sidik ifrazı zamanı ağrı və yanğı hissi
- Tez-tez sidik yoluna getmə, bəzən qeyri-ixtiyari sidik ifrazı
- Cinsi orqanlar nahiyəsində qaşınma, diskomfort
- Sarı, yaşıl və ya digər rəngdə ifrazatlar
- Cinsi əlaqə zamanı zamanı ağrılar
- Uşaqlıq yolundan cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanlı ifrazatlar
- Qarnın alt hissəsində ağrılar
- Ağır hallarda bədən hərarətinin yüksəlməsi, urəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın pisləşməsi qeydə alına bilər.
Herpes (HSV)
Xarici cinsiyyət üzvünü iki növ herpes zədələyir HSV1 və HSV2. Yoluxmadan 7 gün sonra xəstədə ağrı, yanma, vezikulaların əmələ gəlməsi şikayəti yaranır. Sonradan bu vezikulalar partlayır eroziya əmələ gəlir (şəkildə gördüyümüz kimi), eroziyalar isə genişlənərək və dərinləşərək xoralara çevrilə bilirlər. Bəzən pasientdə bədən temperaturasının yüksəlməsi, halsızlıq, baş ağrısı kimi hallarda müşahidə olunur. HSV (genital herpes)-cinsi yolla yoluxan bir infeksiyadır.
Herpes xəstəliyinin əlamətləri
- Genital nahiyyədə, anus ətrafında ağrılı qabarcıqlar
- Qabarcıqlar açılaraq ağrılı yara əmələ gəlir
Qeyd olunan əlamətlərlə birlikdə temperatur yüksəksəlməsi, baş ağrısı və s.
Diaqnostikası əsasən polimeraz zəncirvari reaksiya (PZR) ilə qoyulur, viral-əkilmə nümunəsi, qanda antigenlərin təyini
Müalicəsi simptomatik aparılır: Vannalar, yüngül alt geyimi, ağrı kəsici, virus əleyhinə müalicə (asiklovir, valasiklovir, famsiklovir və s.)
Hamilə herpeslə yoluxmuşsa, xüsusi ilə hamiləliyin son 6 həftəliyində uşağın yoluxma riski yüksəkdir, doğuş zamanıda yoluxa biləcəyi üçün HSV pozitivsə-keysəriyyə olunması məsləhətdir!
Kandidoz (göbələk infeksiyası)
Uşaqlıq yolundan – qaşınma, yanma, şişkinlik, qızartı ilə özünü biruzə verən çoxlu kəsmiyə bənzər axıntı gəlirsə, bu sizdə uşaqlıq yolunun göbələyi (90% Candida Albicans) var deməkdir və mütləq müalicə olunmalı vəziyyətdir. Bütün qadınların uşaqlıq yolunda müəyyən miqdarda bakteriya və göbələk mövcuddur, bu normal haldır. Bakteriyalar azalarsa, göbələk artar və yuxarıda qeyd olunan rahatsızlıqlar baş verər. Uşaqlıq yolunun bakteriyalarının normal miqdarının azalmasına və göbələyin artmasına səbəb olan amillər:
- Antibiotik istifadəsi
- Doğum kontrol həbləri
- Dar şalvar, yaş iç geyimləri
- Aşırı şirniyyat, ədviyyat
- Uşaqlıq daxili spiral
- Hamiləlik
- Diabet və.s.
- Stres
- Vaginanın havalanmasına mane olan sintetik iç geyimləri
- Parfümlu vaginal spreylər
Genital nahiyyəni nəm saxlamayın, belə vəziyyət göbələyin artması üçün əlverişli mühitdir!
Trixomoniaz
Trixomoniaz cinsi yolla kecən infeksiyadır,törədicisi “Trichomonas vaginalis”dir .Bu infeksiya əsasən sidik-cinsiyyət sistemini zədələyir və uşaqlıq yolundan gələn iyli ifrazat, intim hissədə qaşınmalar,ağrılı cinsi əlaqə,ağrılı sidik ifrazı və s əlamətlərlə təzahür edir. Trixomonioz infeksiyasında köpüyə bənzər ifrazat olur. Uşaqlıq boynunu bu ifrazatdan təmizlədikdən sonra selikli qışada çoxsaylı qırmızı ləkələr görünür. Sirkə turşusu ilə sınaqdan sonra qırmızı rəngli sahələr ağarır, bu da epitelin iltihabi mənşəli zədələnməsini göstərir. Zədələnmiş epitel özündə qlikogeni itirə bilər. Bu da yodla boyanmağa mane olur.