Uşaqlıq daxili spiral haqqında bilmədikləriniz
Uşaqlıq daxili spiral çəkinin artmasına səbəb ola bilərmi?
Hamiləlikdən qorunma üsullarından biri də uşaqlıq daxili spiraldır. Spiral yerləşdirməyi düşünən xəstələri maraqlandıran suallardan biri ən əsası spiral çəki artmasına səbəb ola bilərmi sualıdır. Əslində spiralin kökəltmə kimi əlavə təsiri yoxdur. Nəticə etibarilə spiral əks təsirləri ən az olan, ən güvənilən və ən asan hamiləlikdən qorunma üsullarından biridir. Buna görə də, ən çox tövsiyə olunan qorunma üsullarından biri kimi geniş istifadə olunur. Qeyd edək ki, spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.
- Uşaqlıq daxili spiral 5 il olmuşdursa və ya qadında şikayyətlər (qanama, ağrı, ləkələnmə və s.) varsa çıxarılması gərəkir.
- Uşaqlıq daxili spiralın çıxarılması üçün xüsusi bir zaman yoxdur, istədiyiniz zaman çıxartdıra bilərsiniz.
- Menstruasiya zamanı çıxarılarsa qadın daha az hiss edər.
- Spiral çıxarılmadan 2-3 gün əvvəl artıq qorunmaq lazımdır, çünki spermatazoid uşaqlığın içində 24 saatdan da çox yaşaya bilir.
- Buna görə də spiral çıxarmadan sonra cinsi əlaqə olmasada hamilə qalmaq mümkündür.
Uşaqlıq daxili spiral kimlərə uyğun deyil?
- Menstruasiya düzənsizliyi varsa
- Menstruasiya qanaması çox olarsa
- Uşaqlığın içində arakəsmə(septum) varsa
- Uşaqlıq boşluğunda mioma varsa
- Kiçik çanaq orqanlarının infeksiyon xəstəlikləri olarsa
Hormunlu spiralın faydaları
Hamiləlikdən qorunmaq üçün 2 cür spiral mövcuddur, hormonlu və normal hormonsuz spiral. Çox qadınlar hansı spiral istifadə etməlidirlər deyə düşünürlər. Hormunlu spiralın faydaları:
- Menstrual ağrıları azaldır
- Hamiləlikdən qorunma şansı yüksəkdir
- Menstrual qanamanı azaldır (xüsusi ilə menstruasiyanın qanamasına bağlı dəmir azlığı olan qadınlara)
- Uşaqlıqdan kənar hamiləliyi əngəlləyir
- Uşaqlıq boşluğu xəstəliklərinin qarşısını alır (hiperplaziya və.s)
Hormonlu spiralın yan təsirləri: qanama, baş gicəllənmələri. Hormonlu spiralın digər hamiləlikdən qorunma vasitələrindən görə daha az yan təsiri var,bu baxımdan istifadəsi tövsiyyə olunur.
Hormonlu spiral kimlərə olmaz!
- Hamilə olanlar
- Vaginal qanama varsa
- Uşaqlıq boynu xərçəngi riski
- Süd vəzi xərçəngi riski
- Kiçik çanaq infeksiyası olarsa
- Qaraciyər xəstəliyi və şişi olarsa
- Hormonlu spiralda olan hormona qarşı allergiya olarsa
Hormonlu spiral çəki artırırmı!
Bu spiralın çəki artırmaq kimi xüsusiyyəti yoxdur, lakin tərkibindəki hormon progestron olduğundan metabolizmanı bir qədər zəiflədə bilir. Bəzi qadınlarda metabolizm zəifdirsə, hormonlu spiralda bir qədər zəiflədə bilər və çəki azalmaya bilər, əksinə kilo alar. Amma düzgün qidalanma və həyat tərzi (idman və s.) olarsa təbii ki, bu halların yaranması mütləq olmaz.
Uşaqlıq daxili spiral gəzdirənlər hamilə qala bilərmi?
Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır. Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.
Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər. Bununla əlaqədar olaraq, spiraldan istifadə edən bütün qadınlara uşaqlıq yolunun dərinliyində spiralın bığcıqlarını əl ilə yoxlayaraq ayda ən azı bir dəfə onun uşaqlıqda olmasını yoxlamaq tövsiyə olunur. Əgər əvvələr siz spiralın bığcıqlarını yaxşı hiss edirdinizsə, indi isə onları daha tapa bilmirsinizsə – ginekoloqa müraciət edin, çünki ola bilər ki, spiral düşübdür və siz bunu hiss etməmisiniz.
Düşük və abortdan sonra spiral nə vaxt qoyula bilər?
Düşükdən bir ay sonra görülən aybaşıda spiral istifadə edilə bilər, ya da uşaqlıq daxilinin təmizliyindən əmin olduqda düşükdən dərhal sonra spiral yerləşdirilə bilər. Düşük sonrasında abort olunubsa ya da istəkli olaraq hamiləliyi sonlandırmaq üçün edilən abortlardan dərhal sonra spiral qoyula bilər. Bəzən abortdan dərhal sonra spiral qoyulmur və bir həftədən sonra qoyulur. Bunun səbəbi uşaqlıq içərisində parçanın olmadığından əmin olmaqdır. Abortda bir ay sonra görülən aybaşı dövründə də spiral qoyulur.
Uşaqlıq daxili spiral istifadəsi haqqında vacib məlumatlar!
Uşaqlıq daxili spiral Spiral istifadə etmək olar:
- Daha əvvəl keysəriyyə əməliyyatı, mioma və s. operasiyalar keçirənlər
- Siqaret çəkənlər həm mis , həm də progesteron hormonlu
- Ürək-damar xəstəliklərinin risk qrupunda olanlara mis və hormonlu
- Hipertoniyalı xəstələr mis və hormon
- Damar tutulması olanlar mis və hormonlu
- Miokard infarktına məruz qalmış və serebral damar tutulması olanlar (felç) mis və hormonlu
- Xolesterol, lipid yüksəlişi mis və hormonlu
- Migren olanlar mis və hormonlu
- Spiral da dismenoreya (ağrılı menstruasiya) olan xəstələrə də tətbiq oluna bilər. Mis spiral bəzən dismenoreyanın artımına səbəb ola bilər. Hormonal spirallar adətən dismenoreyanı azaldır.
- Süd vəzisində xoş xassəli kist və s. xəstəliklər mis və hormonlu
- Miomalı xəstələrdə, miomanın uşaqlıq daxilini deformasiya etmədikdə
Spiral istifadə etmək olmaz:
- Anadangəlmə uşaqlıq anomaliyaları
- Spiral kəskin kiçik çanaq infeksiyon xəstəliklərində, kəskin servisit və vaginit zamanı
- Son üç ayda doğuşdan sonrakı endometrit və ya septik abort keçirən xəstələr
- Cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupunda olanlar
- Genital aktinomikoz zamanı
- Aktiv viral hepatit olanlarda progesteron hormonu olan spiral istifadə edilməməlidir.
- Qaraciyər xəstəliyi, siroz və qaraciyər şişi olanlarda hormonlu spiral istifadə edilmir.
- Mis spiralların qəbul edilən digər dərmanlarla qarşılıqlı əlaqədə olmur.
- Hormonal (progesteron) olan spirallar nadir hallarda dərmanlarla əks göstəriş ola bilər (xüsusilə hormonal preparatlar)
- Özü və ya partnyoru çox tərəfdaşlı olanlar spiral istifadə etməməlidirlər. Çünki bu cütlüklər cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupundadırlar.
- Misə alergiyası olan insanlar və Wilson xəstəliyi olanlarda spiral istifadə edilmir.
- Bilinən və ya şübhəli döş xərçəngi olan xəstələrdə hormonal spiral istifadə edilməz.