Vaginoplastika (vagina daraltma, vagina cavanlaşdırma)
Vaginoplastika haqqında.
Yaş artdıqca bədənin butün nahiyyələri olduğu kimi, uşaqlıq yolunda da bir sıra dəyişikliklər yaranmağa başlayır. Belə dəyişikliklər sağlamlıqla bərabər, psixo-emosional dəyişikliklərə də səbəb olmaqdadır. Belə ki, yaş artdıqca üzdə, boyunda, əllərdə kollagen sintezinin azlığına bağlı olaraq qırışlar, sallanmalar yarandığı kimi, uşaqlıq yolunda da kollagen sintezinin azalması nəticəsində əzələ boşluğu yaranır və uşaqlıq yolunun genişlənməsinə səbəb olur. Bu həm qadınlarda, həm də cinsi partnyorlarında əlaqə zamanı cinsi zövqün azalmasına səbəb olur. Belə hallar tək yaşa bağlı deyil, hamiləlik və doğuş sonrasında da yarana bilər. Qadın həyat keyfiyyətini kifayət qədər azaldan bir vəziyyətdir. Çox qadınlar utandığından bu durumu dillərinə gətirmirlər, ancaq mütləq olaraq bu vəziyyəti həkimləri ilə danışıb uyğun üsul seçib bu probləmlərindən azad olmaları lazımdır. Bunun üçün vaginoplastika əməliyyatına üstünlük verilməlidir. (cərrahi yolla və ya CO2 lazerlə).
Vagina – uşaqlıq yolu nədir?
Uşaqlıq yolu özəl və həssas quruluşlu qadın cinsi orqanıdır. Uşaqlıq yolu cinsi orqan olmasında əlavə orqanizmə vacib funksiyaları yerinə yetirən orqandır.
- Uşaqlıq yolu-təbii doğuş prosesini həyata keçirir.
- Uşaqlıq yolu menstruasiya zamanı menstrual qan uşalıq boşluğundan xaric edən orqandır.
- Uşaqlıq yolu cinsi əlaqəni həyata keçirən orqandır.
- Uşaqlıq yolu düz bağırsaq və sidik kisəsinin arxa divarını əmələ gətirən orqandır.
Bütün bu qeyd olunanlar bizə əsas verir ki, uşaqlıq yolu (vagina) bizim üçün diqqət etməli orqan olduğunu anlayaq.
Uşaqlıq yolunun genişlənmə səbəbləri nələrdir?
Uşaqlıq yolunun divarları, qat-qat boru forması olduğundan bu orqanın eni və uzunu bəzi səbəblərdən dolayı genişlənə bilir.
- Hamiləlik və doğuş qadının bütün orqanizmində dəyişiklik yaratdığı kimi uşaqlıq yolunda da dəyişiklik əmələ gətirir. Lakin orqanizmdə baş verən digər dəyişikliklər zamanla bərpa olunaraq əvvəlki vəziyyətinə qayıdır, ancaq uşaqlıq yolunda gedən dəyişiklik öz əvvəlki vəziyyətinə qayıda bilmir.
- Küretajlardan sonra uşaqlıq yolunda deformasiyalar yaran bilər.
- Genetik faktorlar – uşalıq yolunun bağ toxumasının zəif olması
- Yaşlanma ən çox rastlanan səbəblərdəndir. Yaşa dolduqca kollagen sintezi azalır, uşaqlıq yolunda boşalmalar başlayır ki, bu cinsi əlaqə zamanı vaginada genişlik hissi ilə özünü biruzə verir.
Vaginoplastika əməliyyatı. Vagina daraltma necə edilir? (uşaqlıq yolunun daralması)
Son illər bütün dünyada vagina (uşaqlıq yolu) daraltmaya istək qadınlarda arasında getdikcə artmaqdadır. Vaginanın daraldılması iki yolla icra edilir: cərrahi üsul və CO2 lazerlə. Qeyd etmək lazımdır ki, dünya cərrahi yolla uşaqlıq yolunun daraldılmasında ancaq III və IV dərəcəli kiçik çanaq orqanının sallanması olarsa və ya doğuş zamanı əzələ və ya araqlıq cırılarsa tətbiq olunur. Qalan digər hallarda istər genişlik olarsa, bağ aparatının zəifliyi, istərsə yaşa bağlı olaraq yaranan uşaqlıq yolu divarının boşalması hallarında CO2 lazerlə vagina daraltma, vagina gəncləşdirmə əməliyyatı icra edilir.
Cərrahi yolla və CO2 lazerlə olunan vagina daraltmanın fərqi:
CO2 Lazerlə vagina daraltma:
- Ambulator şəraitdə edilir.
- Yerli və ümumi anesteziya istifadə edilmir.
- Ağrısız prosedurdur
- Kəsik aparılmadan icra olunur
- Tikiş qoyulmur
- Prosedur qısa müddətə icra edilir (20-30 dəqiqə)
- Uşaqlıq yolunun bütün divarinda olan əzələlər eninə və uzununa olaraq yığılır
- Pasiyent həmin gündən normal iş həyatına qayıdır, yataq rejimi olmur.
- Cinsi pəhriz 3-5 gün təşkil edir.
Yuxarıda qeyd edilənlərə nəzər salsaq, CO2 Lazerlə edilən vagina daraltama əməliyyatının ən üstün cəhətinin anesteziya və kəsik aparmadığımız üçün bunlara dair ağırlaşmaların olmamasını anlayarıq.
Cərrahi yolla vaginaplastikanın çatışmayan cəhətləri (vagina daraltma, uşaqlıq yolu daraldılması)
- Anesteziyadan istifadə etmək
- Kəsik aparmaq
- Ağrının olması
- Tikişlərin alınması
- Əməliyyat müddəti 40-50 dəqiqə davam edir.
- Ən azı 3 gün sonra sosial həyat
- Yaranın 7 gün sonra sağalması
- Cinsi həyata 4-6 həftə sonra icazə verilməsi.
Cərrahi yolla icra edilən vagina daraltma əməliyyatının dezavantajları anesteziya və əməliyyat ağırlaşmalarının olmasıdır!