Femilift lazer ilə stress sidik qaçırmanın müalicəsi

Qadınların böyük əksəriyyətində rast gəlinən və yaş artdıqca tezliyi artan problemlərdəndir.Amerika Uroloji Dərnəyini məlumatlarına görə,30 və 60 yaş arası qadınlar arasında sidik qaçırmanın rast gəlmə tezliyini tezliyi 30%-dir ki,bunun da 15 %-i stress sidik qaçırmanın payına düşür.Stress sidik qaçırma-qarın daxili təzyiqin artması zamanı,qeyri-iradı sidik ifrazıdır.Femilift stress sidik qaçırmanın ağrısız və reabilitasiya dövrünə ehtiyac qalmadan aradan qaldırılmasına imkan verir.
Bu problem əsasən kiçik çanaq əzələnin zədələnməsi nəticəsində sub –uretral dəstəyin itməsi səbəbi ilə yarana bilər.Xəstələr asqırma,öskürmə,ağır çəkili əşya qaldırma və fiziki aktivlik zamanı sidik qaçırmadan şikayət edirlər.
Femilift yüksək enerji vasitəsi ilə toxumalarda dərin termal təsir yaratmaqla,həm yeni kollagen sintezinə,həm də elastik liflərin yığlması sayəsində gəncləşməsinə və yeni toxuma sintezinə səbəb olur.Long pulse-nin texniki üstünlüyü bu tip problemlərdə güclü termal effektin olmasıdır.
Lazer bütün pre uretral nahiyyəni əhatə edərkj vagina divarının qalınlığını artırır.Bunun sayəsində orta uretranın alt qismi daha yaxşı dəstəyi təmin edə bilir.Nəticədə,sidik qaçırma simptomaları xeyli azalır,sidik ifrazı iradəyə tabe olur və sidiyi uzun müddət saxlaya bilmək mümkün olur.
