Femilift lazer nədir, nə zaman istifadə edilir?

Femilift lazer – bir çox qadın problemlərinin həllinə imkan verən, minimal invaziv CO2 lazerlə həyata keçən texnologiya möcüzəsidir. Tətbiqi sürətli, ağrısız, tam etibarlı və təsirlidir.

Femilift lazer haqqında ümumi məlumat

Son illər estetik və kosmetik ginekologiya dünyada çox sürətlə inkişaf etməkdədir,Buna səbəb təbii ki, qadınların bu sahəyə olan təlabtının artmasıdır.Bu əməliyyatların icrasında Femilift CO2 lazer texnologiyasının son illər geniş yayılmaqdadır.

Femilift Lazer nədir?

Fümilift üçüncü nəsil fraksional karbon dioksid (CO2) lazer texnologiyasıdır. Qadınlarda stress sidik qaçırma və vaginal toxumanın sıxlaşdırılması (uşaqlıq yolu daraltma) kimi halların müalicəsində istifadə olunur. Bəzi kliniki araşdırmalara görə cinsi həzzi və orqazm hisslərinin artmasına da müsbət təsir edir. Təsir mexanizmi toxumalarda yaratdığı termal enerji (istilik) sayəsində kollagen sintezini artırmaq və bağ toxumasının elastikliyini bərpa etməkdən ibarətdir. Femilift lazer cərrahi üsul olmadığı üçün, bu zaman əməliyyat ağırlaşmaları da olmur.

Femilift Lazer nə zaman istifadə edilir?

  • Vagina daraltma,vagina cavanlaşdırma
  • Stress sidik qaçırtma (asqırıq,öskürük,gücvermə,ağırlıq qaldırma zamanı yaranan sidik qaçırmalar)
  • Qadın və kişidə cinsi əlaqə zamanı cinsi həzzin azalması
  • Menopauzaya bağlı atrofiya
  • Vaginal quruluq
  • Vulvar vestibulit sindrom
  • Ağırlı cinsi əlaqə
  • Residivləşən vaginal infeksiyalar
  • Xarici cinsiyyət üzvü dərisinin rənginin açılması (ağardılması)
  • Xarici cinsiyyət üzvündə olan dəri qırışlarının aradan götürülməsi
  • Labioplastika
  • Hudoplastika
  • Servikal konizasiya
  • Kondiloma və mollscum kontigiozisin götürülməsi

Vaginal daraltma

Vagina əzələlərinin boşalması vaginada sıxlıq və həssaslığın zəifləmsində səbəb olur ki,bu da cinsi həzzin azalmasına və həyat keyfiyyətinə mənfi təsir göstərir.Femilift vaginanın selikli qışasının sadə və təhlükəsizlik yolla bərpasına və vaginanın selikli qişasının həssaslığını artmasına imkan yaradır.Vaginanın müxtəlif qatlarına konsentrə olunmuş termal isitmə  və mikri-ablasiya yolu ilə stimulə etməklə elastin liflərdə kollagen sintezini artırır,vaginada revaskulirizasiya və selik ifrazını normallaşdırır.Qadınlarda genital nahiyyə qalın epitelial toxuma,uzun kollagen lifləri və vaginanın diametrinin kiçilməsi ilə daha gənc görünüş əldə edir.

 

Doğum sonrası reablitasiya

Doğum qadın orqanizminə bir çox fizioloji təsir göstərir.Doğuşdan sonra vagina genişlənir,quruyur və kiçik çanaq divar zəifləyir.Femilift bütün vaginal nahiyyəni,vaginal tonusu artıraraq müalicə edir,gücünü və elastikliyini geri qaytarır.

Femiliftlə müalicə ağrısız ,minimal invaziv ,ambulator müalicədir,yüksək effektivliyi,sağalma dövrünün olmaması,xəstəlrin həmin gün gümdəlik normal həyat tərzlərinə dönməsinə imkan verir.

Menopauza sonrası reabilitasiya

Menopauza dövründə Geniatl-İretral sindrom dünya miqyasında ildən ilə artan qadın sağlamlıq problemlərindəndir.Şimali Amerika Menopauza birliyinin hesablamalarına görə 2025-ci ildə postmenopauzal qadınların sayı 1.1 mlrd-a çatacaq.Bu sayın yarıdan çoxunda həyat tərzinə,hissiyatına və cinsi həyatına ciddi şəkildə təsir edən vulvaginal simptomlar olacaq.

Menopauza dövründə hormonal dəyişikliklər vagina divarının daha nazik,daha quru və daha ağrılı olmasına səbəb olur.Femilift –Vaginal divarı gəncləşdirir və qalınlaşdırır,təbii sürüşkənliyini bərpa edir.

Qaşınma,yanğı və sürtünmə kimi narahat edən simptomları azaldaraq,cinsi funksiyanı yaxşılaşdırır.

Stress sidik qaçırma

Qadınların böyük əksəriyyətində rast gəlinən və yaş artdıqca tezliyi artan problemlərdəndir.Amerika Uroloji Dərnəyini məlumatlarına görə,30 və 60 yaş arası qadınlar arasında sidik qaçırmanın rast gəlmə tezliyini tezliyi 30%-dir ki,bunun da 15 %-i stress sidik qaçırmanın payına düşür.Stress sidik qaçırma-qarın  daxili təzyiqin artması zamanı,qeyri-iradı sidik ifrazıdır.Femilift stress sidik qaçırmanın ağrısız və reabilitasiya dövrünə ehtiyac qalmadan aradan qaldırılmasına imkan verir.

Bu problem əsasən kiçik çanaq əzələnin zədələnməsi nəticəsində sub –uretral dəstəyin itməsi səbəbi ilə yarana bilər.Xəstələr asqırma,öskürmə,ağır çəkili əşya qaldırma və fiziki aktivlik zamanı sidik qaçırmadan şikayət edirlər.

Femilift yüksək enerji vasitəsi ilə toxumalarda dərin termal təsir yaratmaqla,həm yeni kollagen sintezinə,həm də elastik liflərin yığlması sayəsində gəncləşməsinə və yeni toxuma sintezinə səbəb olur.Long pulse-nin texniki üstünlüyü  bu tip problemlərdə güclü termal effektin olmasıdır.

Lazer bütün pre uretral nahiyyəni əhatə edərkj vagina divarının qalınlığını artırır.Bunun sayəsində orta uretranın alt qismi daha yaxşı dəstəyi təmin edə bilir.Nəticədə,sidik  qaçırma  simptomaları xeyli azalır,sidik ifrazı iradəyə tabe olur və sidiyi uzun müddət saxlaya bilmək mümkün olur.

Kiçik çanaq orqanlarının sallanması

Yaşın artması,doğuş sonrası,tütün istifadəsi,qeyri düzgün qidalanma və s. kiçik çanaq orqanlarının əzələ və dəstəkləyici toxumalarının zəifləməsinə səbəb olur.Bundan başqa anadangəlmə bağ toxumasında zəifliyidə ola bilər.Qeyd olunan səbəblərdən kiçik çanaq orqanlarının sallanması arta bilər.Bu zaman uşaqlıq,uşaqlıq yolu,sidik kisəsi,düz bağırsaq toxumalarında relaksasiya yaranır.Bunun nəticəsi olaraq uşaqlıq yolunda  genişlik hissi,sidik qaçırma,cinsi əlaqə zamanı hissin azalması,çanaq ağrıları kimi şikayətləri meydana çıxır.Bununla yanaşı estetik  olaraq  da görüntü pozulur,bu da qadınlarda əlavə psixoloji narahatçılğıa səbəb olur.Menopauza dövründə estrogen hormonunun  azalmasıda kiçik çanaq toxumasının  zəifləməsinə səbəb olur,bu baxımdan  bu yaş qrupu qadınların çoxunda sidik saxlamama ,atrofiya,quruluğa bağlı olaraq ağrılı cini əlaqə müşahidə olunur.Bütün bu  vəziyyətlər təbii ki,qadınların həyat keyfiyyətini aşağı salır.Cinsi əlaqə zamanı sidik qaçırma və ya sidik qaçırma qorxusunun olması əlaqə zamanı konsentrasiyanı pozaraq cinsi istəksizilik və orqazm problemlərinə yol açır.Sidik qaçırma yalnız kiçik çanaq orqanlarının sallanması zaman deyil,sidik kisəsini dəstəkləyən toxumaların zəifliyi  nəticəsində də yarana bilər.Femilift lazerlə yüngül kiçik çanaq orqanlarının sallanması olan və ya olmayan,ancaq stress sidik qaçırma problemi olan xəstələrdə istifadə edilir.Orta və ağır dərəcəli kiçik çanaq orqanlarının sallanması zamanı isə əməliyyat və torla dəstəklənmə məsləhət görülür.

Böyük cinsiyyət dodaqlarının dartılması və cavanlaşdırılması

Femilift lazerlə sallanmış,qırışmış böyük cinsiyyət dodaqları dərisinin dartılması,cavanlaşdırılması cəmi bir neçə seansa mümkündür.

İntim ağartma

Xarici genital nahiyyədə rəng ağartma proseduru ağrısız olaraq,ambulator şəraitdə,qısa müddətdə icra edilir.

Vaginal quruluq və infeksiyaların residivi

Vaginal quruluq və təkrarlanan vaginal infeksiyaların  müalicə,vulvo-vaginal toxumanın gəncləşdirilməsi,vaginal seliyin artırılması,vaginanın ph-ı nın və florasının bərpasını həyata keçirməyə imkan verir.Femilift,lokal immun sistem cavabını artıraraq xroniki vaginal infeksiyaların lazerlə müalicəsini təmin edir.

Labioplastika

Femilift lazerlə xarici cinsiyyət dodaqlarının ağrısız,kəsiksiz estetik əməliyyatı həyata keçirilir.

Niyə Alma Femilift Lazer?

  • Tez və homogen uyqulama
  • Güvənli,sürətli,təsirli
  • Dərhal nəticə
  • Ağrısız,acısız,gigiyenik
  • Minimal invaziv
  • Kliniki sübut olunmuş,kollagen sintezini artıran optimal vasitə
  • Gigiyenik ,individual ucluqlar

Femilift lazerin istifadə qaydası

Femilift lazerin tətbiqi ambulator şəraitdə pasient ginekoloji masada uzanıqlı vəziyyətdə aparılır.Xüsusi ucluq (bir dəfəlik istifadə üstlüyü olan) uşaqlıq yoluna daxil dedilir və 15-20 dəqiqə ərzində icra olunur.İşləmdən  sonra  xüsusi qulluğa ehtiyac olmur,pasient həmin günü normal həyatına davam edə bilir.

Femilift Lazerin effekti nə zaman yaranır?

Effekti  işləmdən təxmini 3-4 həftə sonra yaranır.Bu vagina daraltma prosedurundan sonra həm qadın,həm kişi tərəfindən  artıq cinsi əlaqə zamanı hiss edilir.Stress sidik qaçırtmada effekti təxmini 3 həftə sonra yaranır ,təkrar işləm 4 həftə sonra aparılır,ikinci işləmdən sonra effekt daha çox hiss olunur.

Femilift Lazerin əlavə təsiri varmı?

Femilift lazer ağrısız,zərəsiz bir üsuldur.Prosedur zaman uşaqlıq yolunda sadəcə yüngül istilik hiss edilir.İlk günlər az miqdarda çəhrayı rəngli axıntılar ola bilər(1-2 həftə).Çox nadir hallarda həmin gün halsızlıq,bədən hərarətinin  qalxması,titrətmə  və s. ola bilər.Femilift sonrası cinsi əlaqəyə qadağa 5-7 gündür,cərrahi yolla isə 6 həftə,bu baxımdan Femilif lazerlə vaginal toxumanın sıxlaşdırılması daha üstündür.

Femilift lazer kimlərə daha uyğundur?

  • Doğuşu olmayan amma vaginal genişlik hissi varsa.Bura partnyorun penisinin normadan kiçik olması da aiddir.
  • Keysəriyyə yolu ilə doğuş edən,amma vaginal genişlik hissi varsa
  • Normal doğuş olan və ya olmayan amma yüngül kiçik çanaq orqanlarının sallanması şikayətləri varsa
  • Kiçik çanaq orqanlarının sallanması yoxdur,ancaq stress sidik qaçırma problemi varsa
  • Yüngül vaginal genişlik hissi var,amma əməliyyat istəyi yoxdursa
  • Cərrahi vaginoplastikadan sonra genişlik hissi olarsa

Femilift Lazer kimlərə məsləhət deyil?

  • Vaginal genişlik çoxdursa(doğuş sayı çoxdursa)
  • Bağ toxuması çox zəifdirsə
  • Vaginal əzələlərdə aralanma varsa
  • Fassiyada qüsur varsa
  • Kiçik çanaq orqanlarının  sallanması olanlar (orta və ağır)
  • (Bu xəstələr cərrahi yolla əməliyyat olmalıdırlar,ehtiyac olduğunda torx taxılmalıdr.)

Femilift Lazer kimlərə olmaz!

  • Uşaqlıq boynu və uşaqlığın bəd xassəli şişləri və ya şişönü vəziyyətləri
  • Aktiv HPV(insan papilloma virus),HSV(herpes virusu)
  • Hamiləlik dövrü (ən azı doğuşdan 3 ay sonra olar)
  • Lazer işiğına qarşı həssas olan qadınlar
  • Menstruasiya dövrü

*Femilift lazer və digər CO2 lazerlə aparılan müalicələr,qadının bir çox ginekoloji problemini aradan götürməyə imkan verir və həyat keyfiyyətini artırır.Femilift Lazer-əməliyyatsız,cərrahi və anestezioloji ağırlaşmaları olmadan edilən sadə tibbi işləm hesab edilir.

*Femilift lazer işləmindən öncə xəstə ginekoloqun müayinsəində olmalı,infeksiyalar,bəd xassəli şişlər inkar edilməli,son 1 il ərzində Pap-smear analizinin nəticəsi normal aolmalıdır!

Texniki xüsusiyyətləri

Lazer çıxışı gücü:                     30W,70W

Femilift ucluğu :                      Hermetik qablaşdırılmış,1 dəfəlik istifadə üçün ucluq

Ucluq seçimi:                           2 fərqli

Çıxış enerjisi:                           10-120 mC

Müalicə sahəsi   :                    1 sm2

Pixel:                                         200mm

Bir çox cərrahi mikroskop və kolposkopla uyumludur.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.