Labioplastika nədir? Cinsiyyət dodaqlarının estetikası

Labioplastika nədir?

Labioplastika böyük və kiçik cinsiyyət dodaqlarının estetik olaraq şəkilləndirmə əməliyyatına deyilir və genital estetik əməliyyatlar içərisində qadınlar tərəfindən ən çox  arzu olunan əməliyyatdır. Qadın özünün dodaq, burun və s. orqanlarını bəyənmədiyi kimi öz genital nahiyyəsinində, xüsusi ilə kiçik cinsiyyət dadaqlarınında quruluşunu bəyənməyə bilər. Amerikada Plastik cərrahlar dərnəyinin verdiyi statistikalara görə genital  estetik əməliyyatların bütün estetik əməliyyatlar içərisində 1-ci yeri tutur.

Genital bölgədə uşaqlıq yolunun giriş hissəsində olan kiçik cinsiyyət dodaqlarının və onun xarici hissəsində olan böyük cinsiyyət dodaqlarının normadan daha böyük, sallanmış və ya assimetrik vəziyyətində icra olunan estetik əməliyyatdır. Böyük cinsiyyət dodaqlarının estetik əməliyyatına az təlabat olduğundan xanımlar Labioplastika dedikdə əsəasən kiçik cinsiyyət dodaqlarının estetik əməliyyatını anlayırlar. (labio minora plasty).

Labioplastika əməliyyatı nə zaman və kimlərə icra olunur?

Bu əməliyyat əsasən qadınların xarici cinsiyyət üzvünün görünüşündən razı qalmamaları, öz güvənlərinin artırılması məqsədi ilə aparılır. Bundan başqa yəni estetik görünüşündən əlavə sağlamlıq baxımından da bəzən bu əməliyyatlara ehtiyac olur. Belə ki, normadan böyük, uzun kiçik cinsiyyət dodaqları uşaqlıq yolu  ilə daima təmasda olduğundan həmin nahiyyədə tez-tez bakteriya və ya göbələk mənşəli infeksiyalar artır, uşaqlıq yolundan axan selikli ifrazat kiçik cinsiyyət dodaqlarının iç səthini daima nəmləndirdiyindən həmin nahiyyədə qaşıntı, diskomfort hissi yaranır, hətta ekzemaya belə səbəb olur. Belə vəziyyətlərdə də labioplastika əməliyyatı icra olunur.

Bundan başqa bəzi qadınlar dar şalvar və ya bikini geyinən zaman genital nahiyyənin xarici görüntüsündən narahat ola bilirlər. Çox zaman Labioplastika əməliyyatı Hudoplastika əməliyyatı ilə birlikdə icra edilir.

Labioplastika emeliyyati

Klitoral hudoplastika nədir?

Hudoplastika klitor bölgəsinin estetik əməliyyatıdır. Belə ki, klitor nahiyyəsi üzərində olan hipertrofik qırışmış dəri götürülür və klitora daha estetik bir görünüş verilir. Bildiyimiz kimi klitor qadınlarda cinsi həzz orqazm prosesini həyata keçirən bir orqandır. Bu əməliyyat tək estetik məqsədi ilə deyil, eləcə də cinsi əlaqə zamanı orqazm hissi yaşadıqda çətinlik çəkən qadınlarda da icra edilir.

Hudoplastika niyə lazımdır?

Labioplastika əməliyyatından sonra kiçik cinsiyyət dodaqlarının klitoral hudlarında qırışımış dəri hissə xoş görünüşün əksinə kiçik formada kişi cinsiyyət orqanını xatırladır. Xarici cinsiyyət üzvünün xarici şəkilləndirilməsi üçün çox zaman Hudoplastika əməliyyatı Labioplastika əməliyyatı ilə birgə icra edilir. Cinsi həzzi artırmaq məqsədi ilə bu əməliyyat icra edilir. Bu əməliyyatlar görsəndiyi qədər də sadə əməliyyat deyil. Burada anatomiya və funksiyanı qoruyub saxlamaq vacib şərtdir. Bu baxımdan əməliyyatı kifayət qədər təcrübəyə malik olan həkim icra etməlidir.

Klitoral hudoplastika və labioplastikadan sonra nəyə diqqət etməli?

Hudoplastika və labioplastika əməliyyatı ümumi və yerli anesteziya altında aparıla bilər. Bu əməliyyatdan sonra pasiyent həmin günü evinə qayıda bilər və sosial həyatınada davam edə bilər. 3 həftə sonra isə cinsi həyata icazə verilir.

Labioplastika haqqinda

Bu əməliyyatlar cinsi həzzi azaldırmı?

Bu əməliyyatlar doğru texnika ilə icra edilərsə, cinsi hissiyatı azaltmaz, əksinə artıq dəri olan klitoral hudları götürdükdən sonra klitoral bölgə sərbəst qalır və əlaqə zamanı cinsi həzz artır.

Əməliyyat zamanı tikiş qoyulurmu?

Labioplastika əməliyyatı əgər lazerlə aparılarsa, heç bir tikişə ehtiyac olmur, arzu olunan durumlarda isə öz-özünə sorulan tikişlər qoyula bilərik.

Labioplastika üçün müraciət edən pasiyentlərin gözləntiləri nədir?

  1. Hər iki dodaq simmetrik olsun
  2. Kiçik dodaqlardan qırışların getməsi
  3. Bikini geyindikdə qabarıqlıq olmasın
  4. Kiçik cinsiyyət dodaqlarının iç geyimə sürtünməsi nəticəsində rahatsızlıq olmasın.
  5. Cinsi əlaqə zamanı penisin vaginaya daxil olmasına mane olmasın
  6. Böyük sallaq cinsiyyət dodaqların

Labioplastikadan sonra normal doğuş olarmı?

Əməliyyat olmaq istəyən qadınlarda ən çox maraqlandıran suallardan birincisi bu əməliyyatdan sonra  normal doğuş edə bilmələridir. Bu əməliyyatın təbii doğuşa heç bir əks təsiri yoxdur.

Labioplastikanı qız uşaqları etdirə bilərmi?

Bu əməliyyat uşaqlıq yolundan xaricdə aparılır və qızlıq zarı ilə heç bir əlaqəsi yoxdur,yəni etdirə bilər.

Əməliyyat sonrası diqqət edilməsi gərəkənlər

  1. Dəniz, hovuz 4 həftə sonra olar
  2. Cinsi əlaqə  3-4 həftə sonra olar
  3. Əməliyyat nahiyyəsi təmiz və quru  saxlanılmalı
  4. Genital bölgəyə təsir edən  idman növü (pilates,yoqa və s.) olmaz
  5. At, velosiped və s. 4 həftə olmaz
  6. Lazer epilyasiyası 4 həftə olmaz.

Aşağıdakı videoda Ginekoloq Dr. Naza Qurbanova CO2 lazerin Labioplastika əməliyyatı zamanı üstünlüklərindən oxuculara ətraflı məlumat vermişdir.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.