Uşaqlıq boynu xərçəngi nədir? Əlamətləri və müalicəsi
Uşaqlıq boynu xərçəngi haqqında ümumi məlumat
Uşaqlıq boynu xərçəngi dünya ildə təxmini 500 000 qadında ilkin olaraq aşkarlanır. Kifayət qədər ciddi bir göstərici olmasına baxmayaraq uşaqlıq boynu xərçənginin qarşısını almaq mümkündür. Başqa orqanlardan fərqli olaraq uşaqlıq boynu xərçəngi birdən birə yaranan çərçəng növü deyil, bundan əvvəl mütləq olaraq, uşaqlıq boynu toxumasının anormal hüceyrələr (CIN) yaranır ki, bunuda vaxtında aşkarlayıb müalicə etmək mümkün olur. Uşaqlıq boynunda yarana anormal hüceyrələr (CIN) vaxtında aşaklanmazsa, 5-19 il ərzində uşaqlıq boynu xərçəngi yaranma riski böyük olur. Bu dəyişikliklərə səbəb HPV-insan papiloma virusunun olması artıq məlumdur. Bu virus cinsi yolla ötürülür .
Risk faktorları:
- HPV (human papilloma virus)
- Erkən yaşda ilk cinsi həyat(<16)
- Çoxsaylı cinsi partnyor
- Tütündən istifadə.
- İrq
- Aşağı sosialekonomik vəziyyət
- KOK(kombinəedimiş oral kontrasebtiv)qeyri-düzgün istifadəsi.
- İmmunosupressiv vəziyyətlər.
Uşaqlıq boynu xərçəngi hansı səbəblərdən yaranır?
- Rutin illik Pap-semar testi etməyən qadın
- HPV-DNA yoxlanılmaması.
Uşaqlıq boynu xəçənginin əlamətləri hansılardır?
Uşaqlıq boynu xərçəngi erkən stadiyalarda heç bir əlamət vermiyə bilər. Ancaq aşağıdakı əlamətlərin olması rast gəlinir:
- Uşaqlıq yolu qanamaları,kontakt qanamalar,postkoital qanamalar(cinsi elaqədən sonra)
- Qeyri-requlyar vaginal qanamalar
- Qanlı,pis qoxulu ifrazatı
Uşaqlıq boynu xərçəngi yarandıqdan sonra şiş uşaqlıq boşluğuna və ya uşaqlıq yoluna yaxud da yan tərəfli kiçik çanaq divarlarına doğru yayıla bilər.Şişin yayılma yerinə bağlı olaraq xəstədə digər şikayətlərdə əmələ gəlir:
- Ayaq və qasıq ağrıları.
- Fistulaların yaranması(serviko-vaginal,veziko-vaginal,serviko-rektal,rekto –vaginal)
- Hidronefroz və böyrək funksiyasının pozğunluğu
- Anemiya
- Aşağı ətraflarda ödem.
Yayılma yolları
- İnvaziya –ilk və ən erkən yayılma yoludur.Qonşu orqanlara yayılır.Servikal stroma,uşaqlıq,vagina.
- Limfatik yolla-uzaq və yaxin limfa vəzlərinə yayılır.
- Hematogen yolla-ancaq gecikmiş mərhələlərdə yayılır.Bu yolla en çox qaraciyərə,ağciyərə,sümüyə metastaz verir.
- İntraperiteonal implantasiya.
Histoloji quruluşuna görə:
- Yastı hüceyrəli karsinoma(skvamoz hüceyrəli)
- Adenokarsinoma-skvamoz kanserlərə görə proqnozu daha pisdir.
Uşaqlıq boynu xərçənginin müayinəsi:
- Kolposkopiya
- Kolposkopik nəzarət altında biopsiya
Və ehtiyac olduğu hallarda
- endoservikal küretaj
- histeroskopiya
- MRT(KT-ə nisbətən daha informativdir.)
Müalicə metodları:
Uşaqlıq boynu xərçənginin əsas iki müalicə növü mövcuddur:
- Cərrahi
- Şüa
Erkən stadialarda xərçəngin ətraf toxumalara yayılması baş vermədiyindən cərrahi yolla müalicəyə üstünlük verilir.Şüa müalicəsi isə uşaqlıq boynu xərçəngi bütün etaplarında istifadə edilə bilir.
Kimyəvi müalicə – məhdud şəkildə istifadə olunur.Ancaq radikal əməliyyat öncəsi şişin ölçüsünü kiçiltmək inoperabel (əməliyyat etmək mümkün ola biləcək ölçü) vəziyyətə gətirmək üçün istifadə edilir.
Profilaktikası:
Uşaqlıq boynundan sitoloji analizin(PAP Smear) verilməsi (rutin)
HPV genotiplərin yoxlanması (ilk cinsi elaqədən öncə HPV peyvəndlərinin edilməsi)
Praqnoz:
Xərçəngin stadiyasından asılıdir. 5 illik yaşama qabiliyyəti-I stadiyada aşkarlanıb müalicə olunarsa-80-99%,II stadiyada aşkarlanarsa-60-90%,III stadiyada aşkarlanarsa-30-50%,IV mərhələdə aşkarlanarsa-təxminən 20% təşkil edir.