Vulvoskopiya nədir?

Vulvoskopiya xarici cinsiyyət üzvünün kolposkop vasitəsilə müayinəsinə deyilir. Vulvoskopiya kolposkopiya müayinəsinin tərkib hissəsinə daxil deyil, ancaq papilomavirus pozitiv xəstələrdə mütləq kolposkopiyanın davamı kimi baxılmalıdır. Uşaqlıq boynunun xərçəngönü xəstəliyi olan hər on xəstədən birində xarici cinsiyyət üzvündədə xərçəngönü xəstəliyə rast gəlinir. Vulvoskopiya zamanı sirkə turşusu və Toludin abısından (Kolinza sınağı) istifadə olunur. Vulvoskopiya aparmaqda əsas məqsədimiz xarici cinsiyyət üzvündə olan patologiyanı təyin edərək məqsədyönlü biopsiya götürmək və diaqnoz qoymaqdır.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.